- Baxış sayı: 102
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən “Kürmük” klubunun təlim-məşq mərkəzində olub.
Allsport.az xəbər verir ki, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı Firdovsi Umudova məlumat veriblər.
Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur. Firdovsi Umudov bölgələrdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb. AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.