- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

Qadın voleybolçuların İtaliya “A seriya”sında 16-cı turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin kapiyanı Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” doğma meydancada “Novara”nı qəbul edib.
Ev sahibələri qarşılaşmanı qələbə ilə başa vurublar – 3:2 (19:25, 25:20, 15:25, 25:19, 19:17). Legionçumuz görüşdə 14 dəfə dəqiq olub. “Firenze” yarış cədvəlində 19 xalla 9-cu yerdədir.