- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 25-ci turunda “Zirə” səfərdə “Qarabağ”la 1:1 edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu deyib:
“Bəzi futbolçular çətinliklə ayaq üstə dura bilirdilər. Onları başa düşə bilərsiniz. Çünki bir neçə gün əvvəl kubok matçında 120 dəqiqə oynayıblar. Fiziki çatışmazlıq oyuna təsir etdi. Ancaq futbolçularım təslim olmayıb, sona qədər mübarizə apardılar. “Qarabağ”ın üstünlüyü var idi.
Amma sonadək döyüşdük. Uşaqları və klub rəhbərliyini təbrik edirəm. İndi çətin bir dövrdəyik. Oyunçularımın göstərdikləri reaksiya ilə qürur hissi keçirirəm. Hamısına minnətdaram. Qarşıda 3 oyunumuz var. Sonadək mübarizə aparmağa çalışacağıq”.