- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 106
- Mart 27, 2026
- 0

UFC döyüşçüsü Rafael Fiziyevin meneceri Sayat Abdrəhmanov müştərisinin zədəsinin sağalmasından danışıb. Allsport.az saytı xəbər verir ki, 2023-cü ilin sentyabrında həmyerlimiz dizindən aldığı zədə səbəbindən, 2-ci raundda Mateusz Qamrota uduzub.
“Rafanın vəziyyəti yaxşıdır, əməliyyatdan sonra tam reabilitasiya keçib. İndi o, artıq tam hazırlığa başlayıb və sentyabrın sonu və ya oktyabrın sonunda yarışmağa hazır olacaq.
Benoit Saint-Denis ilə döyüşmək istəyirdik, lakin UFC Renato Moikanoya üstünlük verib. İndi kimin mövcud olduğunu görəcəyik. İstənilən halda rəqib ilk 15-likdən olacaq”, – Abdrəhmanov açıqlamasında bildirib.