- Baxış sayı: 142
- 18 Mart 2026 20:45
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev braziliyalı Çarlz Oliveyranı döyüşə dəvət edib.
Allsport.az xəbər verir ki, Fiziyev “X” sosial şəbəkəsində məşhur “MMA Orbit” səhifəsinin Oliveyra ilə bağlı yazısına reaksiya verib.
O, səhifənin braziliyalı döyüşçünün noyabr-dekabr aylarında oktaqona qayıtmağı planlaşdırdığı ilə bağlı xəbərini repost edib. Fiziyev bir neçə emoji ilə Çarlzla döyüşmək istəyində olduğunu ifadə edib.
