- Baxış sayı: 12
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Barselona”nın baş məşqçisi Hansi Flik çempionlar liqasının dördüncü turunda “Brügge” ilə heç-heçə ilə bağlı fikrini bildirib.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis oyunun çətin keçdiyini vurğulayıb:
“Barselona” qol imkanları yaratdı, amma rəqib yaxşı müdafiə olundu. Biz kifayət qədər yaxşı pressinq edə bilmədik və xüsusilə meydanın mərkəzində çoxlu duellərdə uduzduq. Müdafiəçilərin belə bir oyunda öz işlərini görməsi çətindir. “Barselona” bunun üzərində işləməli və hər şeyi ətraflı təhlil etməlidir. Topsuz daha intensiv oynamalı, ayıq olmalı və komandaların bir-iki toxunuşla qol imkanları yaratmasına imkan verməməliyik. Yalnız arxada deyil, həm də meydanın mərkəzində müdafiə olunmalıyıq. Bunu daha da yaxşılaşdırmalıyıq”.
“Barselona”nın yeddi xalı var və turnir cədvəlində 11-ci yerə yüksəlib. “Brügge” klubu isə dörd xalla 22-ci yerdədir.