- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun gələcək taleyini prezident seçkilərinin nəticələri ilə əlaqələndirib.
Allsport.az xəbər verir ki, 61 yaşlı alman mütəxəssis şəhəri, azarkeşləri və klubu sevdiyi üçün 2027-ci ilə qədər olan müqaviləsini yeniləməyə hazırdır.
Lakin Flik öz gələcək planlarını birbaşa hazırkı prezident Xoan Laporta ilə bağlayır və komandanın gələcəyini məhz onunla birlikdə qurmaq istəyir. Əgər martın 15-də keçiriləcək seçkilərdə Laporta yenidən prezident seçilməsə, Flikin yayda və ya ən geci 2027-ci ildə müqavilə müddəti bitdikdən sonra komandadan ayrılacağı istisna edilmir.
Flik 2024-cü ildən rəhbərlik etdiyi “Barselona” ilə artıq la liqa, İspaniya kuboku və iki dəfə İspaniya superkubokunun qalibi olub.