- Baxış sayı: 21
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 111
- Noyabr 28, 2024
- 0
Dünən premyer liqada “Neftçi” – “Sabah” oyununu ilk yarısında yerli tərəfdarlar komandalarının avrokubokda uğursuz çıxışına görə “Dalğa arena”da rəhbərliyi istefaya səsləyiblər. Allsport.az saytı xəbər verir ki, bundan sonra gərginlik yaşanıb və bu şüarı qığqıranlar fasilədən sonra tribunaya buraxılmayıblar. Flaqmanın azarkeş dəstəsindən olan “Forza Neftçi” duruma sərt reaksiya verib:
“Diqqət! “Forza Neftçi” olaraq bir müddət tribunadan çəkilmək qərarı aldıq. Buna səbəblər çoxdur, əsas səbəblər isə klubda öz işlərini layiqincə görə bilməyənlər, Neftçinin üzərində rəhbər şəxslərin apardığı “oyunlar”, istefa şüarını qəbul etməyib insanları tribunadan uzaqlaşdırmaq, qapıları bağlayıb fasilədə azarkeşləri tribunaya buraxmamaqdır. Bir şeyi yadda saxlayın ki, o kresloda heç kəs daimi deyil. Neftçi o loqoya görə həyatını qurban verənlərindir! Geri dönüşümüz möhtəşəm olacaq, hamımız üçün!”