- Baxış sayı: 19
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Cavab oyununa hazırlaşırıq. Bakı səfəri öncəsi daha bir məşqimiz olacaq. Deyə bilərəm ki, hər şey yolunda gedir”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Partizani”nin baş məşqçisi Franko Lerda deyib. Çempionlar liqasının 1-ci ələməsində “Qarabağ”la cavab görüşünə hazırlaşdıqlarını söyləyən italiyalı mütəxəssis, Bakıda onlara çətin olacağını qeyd edib:
“İlk oyunu təkrar izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Məsələn, top rəqibdə olanda necə oynamalıyıq, yaxud da əksinə. Özümüzə inanırıq. Düzdür, bizi Bakıda çətin oyun gözləyir. Amma öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Qarşıda hələ 3 günümüz var. Hansı futbolçuların formada olduğunu görə biləcəyik. Əsas məqsədimiz top rəqibdə olanda müdafiə olunmaq, bizdə olanda isə hücuma keçməkdir. Hər şeyə hazır olmalıyıq”.
Qeyd edək ki, görüş iyulun 17-də “Dalğa arena”da saat 21:00-dabaşlayacaq. Tiranada ilk oyun 0:0 nəticələnib.