- Baxış sayı: 3
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Partizani”nin baş məşqçisi Franko Lerda çempionlar liqasının ilk ələməsi öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis evdə “Qarabağ”a qarşı onlara çətin olacağını deyib:
“Rəqibin çox oyununu görmüşəm. Onu yaxşı tanıyıram. Ardıcıl 6 dəfə çempion olub, ispaniyalı və braziliyalı keyfiyyətli futbolçulara malikdir. Onlar öz güclərinə maksimum hörmətlə yanaşırlar.
Biz də öz gücümüzə əminik. Komandamdan pozitiv oyun gözləyirəm. Amma nəticə meydanda görünəcək. Hazırda ümumi hesabı yox, ilk matçı düşünürük. Cavab görüşü sabahkı oyundan asılı olacaq. Ona görə də yalnız ilk matça köklənməliyik!.