Franko Lerda: “Qarabağ”la oyuna həm fiziki, həm də texniki baxımdan hazır olmalıyıq

“Qarabağ”ın çempionlar liqasının 1-ci təsnifatında rəqibi Albaniyanın “Partizani” klubu olub. Allsport.az saytı xəbər verir ki, qarşı tərəfin yeni baş məşqçisi Franko Lerda komandamız barədə bunu deyib:

“Püşkdən əvvəl arzuladığım xüsusi bir rəqib yox idi. Biz yalnız qarşıdakı oyunu düşünməli və matça həm fiziki, həm də texniki baxımdan hazırlıqlı olmalıyıq.

Mərhələni keçmək üçün isə hər şeydən öncə psixoloji hazırlığımızdan əmin olmalıyıq. Çünki indi asan oyun yoxdur. İnanıram ki, hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan