“Fransa-2”dən qərəz və təxribat: “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası”

Dünən Paris-2024-ün rəsmi açılıında Azərbaycana qarşı təxribat baş verib. Allsport.az saytı xəbər verir ki, “Fransa-2” telekanalında canlı yayımda, aparıcılar Azərbaycan millisi ilə bağlı qərəzli açıqlamalar veriblər.

Ərmənlərdə yaşayan soysuzların komandasının keçidi zamanı kanalın aparıcılarından biri simpatiyasını gizlədə bilməyib: “Bizim erməni dostlarımız olan Ermənistan tarixən fransızların qəlbinə yaxın olan ölkədir”.

Aparıcı Qarabağda özünü elan etmiş rejimin tarixdən silinməsi ilə bağlı təxribat xarakterli fikirlər də səsləndirib. Bu söz Azərbaycan və Ermənistan idmançılarının yoldan keçməsi kontekstində deyilib və yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub.

Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim edib. Bu da öz növbəsində şərhçinin erməni komandası ilə bağlı açıqlamaları ilə kəskin ziddiyyət təşkil edib və onun qərəzli olmasını göstərib.

Tarixən olimpiya oyunları həmişə sülhə və müharibəyə son qoymağa çağırıb. Lakin Fransa telekanalı bu prinsiplərini pozaraq siyasi qərəz nümayiş etdirdi.

Həmin kateqoriyadan