Fransa casusluq qorxusuna görə, rusiyalı jurnalistləri Paris-2024-ü yerində işıqlandırmasını əngəlləyib

Fransa hakimiyyəti casusluq və kiberhücumlardan qaçmaq üçün, bir sıra rusiyalı jurnalistlərə Paris-2024-ü işıqlandırmağa qadağa qoyub. Allsport.az saytı xəbər verir ki, bu barədə daxili işlər nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib. Sitat:

“Biz yüzdən az müraciəti rədd etdik, çünki onların oyunlara müdaxilə etmək niyyətində olan xarici dövlətlərin casus agentləri və ya xəbərçiləri olduqlarından şübhələndik. Bu anketlərin əksəriyyəti Rusiya və Belarusiyadan, eləcə də bir sıra başqa ölkələrdən olub, onların siyahısını açıqlamayacam.

Olimpiadanı işıqlandırdığını iddia edən çoxlu sayda “jurnalist”i qəbul etməkdən imtina etdik. Biz ehtiyat prinsipini tətbiq edirik. Çox güman ki, onlar terror aktları törətmirlər, lakin kəşfiyyat və ənənəvi casusluqdan əlavə kiberhücumlar həyata keçirmək üçün kompüter şəbəkələrinə çıxış əldə etmək mümkündür”.

Xatırladaq ki, BOK 15 Rusiya və 17 Belarus idmançısına fərdi bitərəf idmançı statusunda bu “dördillik”də iştirak etməyə icazə verib. Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Həmin kateqoriyadan