- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Qəbələ”yə Bakıda 0:1 hesabı ilə uduzan (ilk oyun – 1:1) Fransanın “Lill” klubu çıxışını dayandırıb. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçisi Frederik Antonetti mətbuat konfransında məğlubiyyət barəsində bunu söyləyib:
“Hər 2 komandanın futbolçuları gözəl oyun göstərdilər. Futbolda məğlubiyyətlər də olur. Bunu qəbul etmək lazımdır. Amma təbii ki, məyusam. Fransadakı oyun çətin keçdi. Elə həmin oyunda “Qəbələ”nin nəyə qadir olduğunu görmüşdük. Buna baxmayaraq, Bakıda qələbə qazanacağımızı düşünürdük. Futbolçularımda motivasiya yüksək idi. Amma istəyimizə çata bilmədik. Rəqib layiqli qələbə qazandı”.