- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gündən etibarən “Azeri Retail” MMC-yə məxsus “Fresco” supermarketlər şəbəkəsi Bakı-2017 İslam həmrəyliyi oyunlarının rəsmi əməkdaşlıq edəcək.
Allsport.az saytı xəbər verir ki, imzalanan müqaviləyə əsasən, yeni tərəfdaş mötəbər yarışın əsas lisenziya sahibi və rəsmi pərakəndə satış operatoru olacaq. Açılış mərasiminə yaxın müddətdə əhalimiz 4-cü İslam həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları şəhərimizin bir sıra nöqtələrində fəaliyyət göstərən mağazalarından əldə edə biləcəklər.
Yeri gəlmişkən, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün Fresco-nun universal mağazası fəaliyyət göstərəcək. “Fresco”, öz növbəsində Bakı 2017 markaları, loqoları və dizaynlarından eksklyuziv istifadə hüququ əldə edəcək. Qeyd edək ki, “Fresco” Bakı 2017 Mascot Proqramının da Rəsmi Dəstəkçisi olacaq.