“Fürsətləri boşa verib xal itirmək bizi məyus edir”

Azərbaycan premyer liqasının XXVIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, matçda bəxtlərinin gətirmədiyini bildirib:

“Üstünlük bizim tərəfimizdə idi. Hətta ikinci hissədə rəqibə qol epizodu vermədən 2 dəfə yüz faizlik fürsəti qaçırdıq. Əfsuslar olsun ki, həmin epizodlarda son nöqtəni qoya bilmədik. Bu gün bir neçə dəfə bəxtimiz gətirmədi. 4-5 qol epizodu yaratmaq bizim yaxşı tərəfimizdir, amma fürsətləri boşa verib xal itirmək bizi məyus edir. “Sabah”la kubok matçımıza gəlincə, ilk oyunu evdə keçirəcəyik. Düzdür, itkilərimiz çoxdur, bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Həmin kateqoriyadan

azenrutr