- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in bəzi futbolçuları baş məşqçi Xabi Alonsonun tətbiq etdiyi dəyişikliklərdən narazıdırlar.
Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Madrid təmsilçizinin baş məşqçisi vəzifəsinə gəldikdə, soyunub-geyinmə otağında “çoxlu pis vərdişlərin” olduğunu aşkar edib.
Alonsonun oyunçulara ilk mesajlarından biri bu olub ki, onun rəhbərliyi altında rəqib topa sahib olarkən hər kəs daha çox qaçmalı və işləməlidir, əks halda heç kimə heyətdə zəmanət verilməyəcək.
Alonso yeni qaydalar toplusunu hazırlamaq üçün kapitanlar da daxil olmaqla, təcrübəli oyunçularla danışıb.