“Futbolçular psixoloji olaraq çox yüklənib”

Premyer liqanın 34-cü turunda “Sumqayıt” evdə “Səbail”i 2:1 məğlub edib. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionçular canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif, Ədalət Şükürov, onların hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Onlar yanımızda olanda motivasiyamız başqa cür olur. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur”.

Həmin kateqoriyadan