- Baxış sayı: 40
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

“Qarabağ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirib.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” kollektivini 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Qurban Qurbanov görüşlər barədə fikrini bildirib:
“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.