- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin üzvü Namiq Ələsgərov Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb. Allsport.az xəbər verir ki, “Neftçi”nin hücumçusu bunları deyib:
“Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır.
Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür oyunu analız edirik. Mənə inanıb fürsət verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.