- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

U-19 millimiz Avropa çempionatının ilkin seçməsində Çex Respublikasında çıxış edən zaman gündəmə gəlib. Allsport.az saytı xəbər verir ki, futbolçular qaldıqları mehmanxanada siqaret çəkməklə AFFA-ya başağrı veriblər. Bu barədə sportfm.az ilk olaraq məlumat yayıb.
Oyunçuların otelə vurduqları ziyana görə AFFA-nın cərimə olunduğu bildirilir. Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla qafqazinfo.az-a hadisəni təsdiqləyib və duruma belə aydınlıq gətirib:
“Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıb. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması isə doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar”.
Xatırladaq ki, U-19 milli çex həmyaşıdları 0:4 məğlub olub.