- Baxış sayı: 35
- 31 Mart 2026 21:42
- Baxış sayı: 776
- Mart 30, 2026
- 0

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov İsveçrə konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.
AVRO-2020-nin “A” qrupu çərçivəsində İsveçrə millisi Bakı olimpiya stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.