Futbolumuzun “sədri-əzəm”inin seçilmiş məşqçiləri

AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət yığma komandalarının əlaqələndiricisi Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb. “Elit məşq” layihəsinin bir neçə ildir ki, tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələnin başladığını qeyd edib.

Hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq. Sonra Miloş Velebit “Elit məşq” layihəsi ilə bağlı təqdimatla çıxış edib. Toplantıda məşqçilərlə yanaşı, AFFA rəsmiləri, məşqçilər komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.

Həmin kateqoriyadan