“Futbolun reallığı belədir”

“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya çempionatının 12-ci turunda “Milan”a 0:1 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis oyun barədə bunu deyib:

“Məyusedici olan təkcə bizim performansımız deyil, həm də oyunun özü, diqqətimizdir, çünki iki hücumçunun bizə problem yarada biləcəyini bilsək də, rəqibə əks-hücum etməyə imkan verdik.

Futbolun reallığı belədir. Yaxşı oyunun xatirəsini özümlə aparacağam, çünki uşaqlar buraxılan qolun acılığına və iki zərbənin dirəyə dəyməsindən məyus olsalar da, sona qədər mübarizə apardılar. Hər cür qol vurmağa çalışdıq”.

“İnter” 12 oyundan sonra 24 xalla İtaliya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

Həmin kateqoriyadan