“Futbolun yazılmamış qanunu öz işini gördü və komandamız qol buraxdı”

“Ələ düşən imkanlardan istifadə edə bilmədik”.

Allsport.az xəbər verir ki, bunu premyer liqanın I turunda səfərdə “Sumqayıt”a 0:3 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, futbolçuların ələ düşən imkanlardan yararlana bilmədiklərini söyləyib: “İlk növbədə istəyirdik ki, birinci oyunda xal qazanaq, yaxşı nəticə ilə Gəncəyə qayıdaq. Amma təəssüflər olsun ki, ələ düşən imkanımızdan istifadə edə bilmədik. Nəticədə futbolun yazılmamış qanunu öz işini gördü və komandamız qol buraxdı. Bundan sonra da biz hücumda olduğumuz halda əks-hücumda ikinci qolu buraxdıq. Bunun ardınca komandada ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq”.

Həmin kateqoriyadan