- Baxış sayı: 36
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Futzal üzrə Azərbaycan millisinin fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıq planı müəyyənləşib. Allsport.az xəbər verir ki, baş məşqçi Tino Peres yığmamızın ilk təlim-məşq toplanışını yanvarın 10-dan 18-dək Bakıda təşkil edəcək. Yanvarın 21-dən 29-dək baş tutacaq ikinci hazırlıq prosesinin də Bakıda keçirilməsi nəzərdə tutulub.
Hazırlıq prosesi zamanı yığmamız iki yoxlama görüşü keçirəcək. Bakıya gələcək Belarus yığması yanvarın 22-də və 24-də millimiz ilə oyunda qüvvəsini sınayacaq.