Füzuli Musayevin 60-illiyinə texniki seminar

Fövqəladə hallar nazirliyinin “Xilasedici” idman-sağlamlıq klubunun təşkilatçılığı ilə Azərbaycan karate federasiyaları assosiasiyasının 1-ci vitse-prezidenti, 2-qat dünya və Avropa çempionu Füzuli Musayevin 60-illiyinə texniki seminarda 300-ə yaxın uşaq, yeniyetmə və gənc karateçilər iştirak edib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə yubilyar çıxış edib, İlham Əliyevin milli olimpiya komitəsinin prezidenti olduqdan sonra, Azərbaycanda idmanın inqilabi mərhələyə qədəm qoyduğunu söyləyib. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında və olimpiya oyunlarında böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını dalğalandıraraq idman salnaməsi yazıblar. Məhz ali baş komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə, karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı əsas göstəricidir.

Sonra karatenin sirlərindən, döyüş texnikasından, uşaq, yeniyetmə və gənclərin sağlam və vətənpərvər ruhda yetişməsindən söhbət açılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish