- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Gəncə” voleybol akademiyası seleksiya işlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, klubun idman direktoru İbrahim Qarayev və məktəbin məşqçisi Nadejda Rudakovskaya Daşkəsən rayonunda olublar.
Rayonun orta təhsil müəssisələrində görüşlər keçirilib, voleybol ilə maraqlanan və potensiallı uşaqların qeydiyyatı aparılıb, məktəblilər məşqə cəlb olunub və onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə aparılıb.
Regionda seleksiya işlərini bundan sonra da davam etdirəcək “Gəncə” voleybol akademiyasının əsas məqsədi Azərbaycan voleybol federasiyasının “Volleyball Kids” layihəsinə dəstək olmaq və 8-10 yaşlı uşaqların bu növə cəlb edilməsinə töhfə verməkdir.