- Baxış sayı: 32
- 17 Yanvar 2025 21:25
- Baxış sayı: 89
- Yanvar 17, 2025
- 0
Azərbaycan voleybol federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti “1-ci dərəcə” məşqçi kursu yanvarın 16-da Gəncə şəhərində start götürüb.
Allsport.az xəbər verir ki, Gəncə OİK-də keçirilən və yanvarın 20-dək davam edəcək kursda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edir. Nəzəri və praktik hissələrdən ibarət dərsləri AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Çingiz Ağarçeşmə keçir. Kursda iştirakçılara AVF-nin təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova idman təhlükəsizliyi haqqında da ətraflı məlumat verəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FİVB-nin level-1 seminarında iştirak hüququ qazanacaqlar.