- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 62
- Dekabr 05, 2025
- 0

Gəncədə MDB oyunlarına hazırlıq çərçivəsində təşkil edilən üzgüçülük üzrə “Ganja Cup 2025” turnirinin ikinci və sonuncu günü də uğurla başa çatdı.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan üzgüçülük federasiyası (ASF) və Bakı şəhər halqası əməliyyat şirkətinin (BCC) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı müxtəlif üslublar və məsafələr üzrə mübarizə apardı. Turnir MDB oyunlarına hazırlıq üçün mühüm sınaq olmaqla yanaşı, üzgüçülüyümüzün inkişafına, xüsusən də bölgələrdə marağın artırılmasına da dəyərli töhfə verdi.
İkinci günün mükafatçıları:
Qadınlar
“Brass” üsülu ilə 50 metr – Anastasiya Boborıkina (qızıl medal), Veronika Şandıbina (gümüş medal), Sofiya Medvedeva (bürünc medal);
“Butterfly” üsulu ilə 50 metr – Mehri Əbdürəhmanlı (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal);
Sərbəst üsulla 100 metr – Məryəm Cavadova (qızıl medal), Anastassiya Qnussina (gümüş medal), Aleksandra Slepenko (bürünc medal);
“Arxası üstə” üsülu ilə 50 metr – Məryəm Cavadova (qızıl medal), Safiya Hacıyeva (gümüş medal), Aişə Səmədova (bürünc medal);
“Brass” üsülu ilə 200 metr – Anastasiya Boborıkina (qızıl medal), Anastassiya Qnussina (gümüş medal), Veronika Şandıbina (bürünc medal);
“Butterfly” üsulu ilə 200 metr – Mehri Əbdürəhmanlı (qızıl medal), Safiya Səmədova (gümüş medal);
“Arxası üstə” üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Dəniz Topçubaşova (gümüş medal), Aişə Səmədova (bürünc medal);
“Qarışıq” üsul ilə estafet 100 metr – Vlastilina Xasyanova, Anastassiya Qnussina, Mehri Əbdürəhmanlı, Məryəm Cavadova (qızıl medal), Safiya Hacıyeva, Safiya Medvedeva, Dəniz Topçubaşova, Marqarita Maynitskaya (gümüş medal), Nigar Məmmədli, Aişə Səmədova, Alaksandra Slepenko, Safiya Səmədova (bürünc medal);
Kişilər
“Brass” üsülu ilə 50 metr – İsmət Aslanov (qızıl medal), Yeqor Maynitski (qızıl medal), Əmirhüseyn Gənceh (bürünc medal);
“Butterfly” üsulu ilə 50 metr – Nicat Qiyasi (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Səfər Yusubov (bürünc medal);
Sərbəst üsulla 100 metr – Orxan Əliyev (qızıl medal), Oqtay Hüseynov (gümüş medal), Daniyal Muhammed (bürünc medal);
“Arxası üstə” üsülu ilə 50 metr – Nihad Yusibov (qızıl medal), Daniyal Muhammed (gümüş medal), Nicat Qiyasi (bürünc medal);
“Brass” üsülu ilə 200 metr – Yeqor Maynitski (qızıl medal), İsmət Aslanov (gümüş medal), Vasif Nəcəfli (bürünc medal);
“Butterfly” üsulu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Amin Oruclu (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal);
“Arxası üstə” üsülu ilə 200 metr – Timur Nikiforov (qızıl medal), Tofiq Əhmədzadə (gümüş medal), Eldar Mirzəyev (bürünc medal);
“Qarışıq” üsul ilə estafet 100 metr – Yeqor Maynitski, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Süleyman İsmayılzadə (qızıl medal), Daniyal Muhammed, Əmirhüseyn Gənceh, Ramal Sadıqlı, Artyom Novotorjin (gümüş medal), Mehdi Muxtarlı, İsmət Aslanov, Yusif Sofiyev, Osman Qəribov (bürünc medal).
Həmçinin ASF-nin baş katibi Oqtay Atayev turnir ərzində ən çox WA xalları toplamış qadın (Anastasiya Boborıkina) və kişi (Yeqor Maynitski) idmançıya xüsusi kuboklar təqdim edib.