“Gəncənin futbol əfsanələri” şurası yaradılıb

“Kəpəz” peşəkar futbol klubunun nəzdində yeni şura – “Gəncənin futbol əfsanələri” təsis edilib.  Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar iclas keçirilib.

Tədbirdə “Kəpəz” PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov, eləcə də Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin, həmçinin dünyasını dəyişmiş futbolçuların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən klubun infrastruktur rəhbəri Ruslan Məmmədov şuranın yaradılma məqsədi barədə məlumat verib. O, bildirib ki, şuranın əsas məqsədi Gəncə futbolunun tarixi irsini qorumaq, təcrübəli futbolçularla gənc nəsil arasında əlaqəni gücləndirməkdir.

Həmin kateqoriyadan