- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Gəncədə III MDB oyunlarına dəstək məqsədilə Azərbaycan şahmat federasiyası gənclər və idman nazirliyi və Gəncə şəhər icra hakimiyyəti dəstəyi ilə “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçı təşkil edib.
Allsport.az xəbər verir ki, Heydər Əliyev park-kompleksində baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıblar.
Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıblar. İki partiyadan ibarət yarışda Ülviyyə Fətəliyeva – Qədir Hüseynov dueti İlahə Qədimova – Vüqar Rəsulov cütlüyünə qalib gəlib 1,5:0,5.
Yoldaşlıq matçından sonra şahmat ulduzları, eləcə də qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.