- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0

20-27 oktyabrdan Polşanın Zamots şəhərində 20 və 23 yaşadək ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 40-dək ölkədən 393 idmançının (169 qız+224 oğlan) iştirak etdiyi yarışda milli 8 nəfərlə təmsil olunacaq.
Heyətdə Rüstəm Qasımov (62 kq) və Səbinə Əzimova (53 kq – hər ikisi 20 yaş); Məhəmməd Məmmədli (62 kq), Paşa İbrahimli (69 kq), Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq – hamısı 23 yaş) yer alıblar.