- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
15-22 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23-ə qədər gənclər ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 36 ölkədən 405 atletin (170 qız və 235 oğlan) körpücük üzərinə çıxması gözlənilir. Rəqabətdə Azərbaycanın yığma komandası da iştirak edəcək. Heyətimiz belədir:
Yaşı 20-yə qədər olan atletlərimiz (U-20)
Qadınlar: Elnarə Abbasova (63 kq).
Kişilər: Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi – 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn Rüstəmov (94 kq).
Yaşı 23-ə qədər olan atletlərimiz (U-23)
Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq).
Kişilər: Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq).