- Baxış sayı: 11
- 28 Noyabr 2024 18:29
- Baxış sayı: 77
- Noyabr 28, 2024
- 0
Gənclər və idman nazirliyində Portuqaliya millisinin və “Beşikdaş”ın üzvü Rikardu Kuarejma ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, ulduz futbolçunun Bakıya səfərinə həsr olunan toplantıda nazir Azad Rəhimov, idman şöbəsinin müdiri Fərid Mansurov, həmçinin “Beşikdaş”ın ölkəmizdə tərəfdarları iştirak ediblər.
36 yaşlı yarımmüdafiəçinin gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirilib. Azad Rəhimov qonağaAzərbaycan və Portuqaliya arasında dostluğa görə diplom təqdim edib.
2015-ci ildən “ağ-qaralar”da çıxış edən Rikardu 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.