Gənclərin dünya birinciliyinə 5 ağırlıqqaldıranla

21-31 mayda Özbəkistanın paytaxtı Daşkənddə gənc ağırlıqqaldıranların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda, bizdən 5 milli üzvü mübarizə aparacaq.

Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Həsənovun (gənclər) rəhbərlikləri ilə komandamız aşağıdakı heyətlə çıxış edəcəklər:
Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).

Hakim qismində ölkəmizi Vahid Nəzərov təmsil edəcək.

Həmin kateqoriyadan

azenrutr