- Baxış sayı: 35
- 10 Aprel 2026 21:54
- Baxış sayı: 68
- Aprel 10, 2026
- 0

“Avanqard”ın baş məşqçisi Qay Buşe, Qaqarin kubokunun 1/4 finalının ikinci oyununda SSKA Moskva üzərində qazanılan 3-2 hesablı qələbəni şərh edib. Allsport.az saytı xəbər verir ki, Omsk komandası sıralamada 2-0 hesabı ilə öndədir.
“Birinci hissəni heç bəyənmədim. Biz meydana xokkey oynamağa, onlar isə mübarizə aparmağa çıxdılar. İkinci hissədə güclü göründük və onlara yaxşı təzyiq göstərdik. Üçüncü hissədə şaybamızı itirdik və səhvə görə cəzalandırıldıq. Gərgin və rəqabətli oyun idi”, – kanadalı mütəxəssis deyib.