- Baxış sayı: 43
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 138
- Fevral 06, 2026
- 0
“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mən öz futbolçularımı təbrik edirəm. Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk oyunda 3 qol vurduq. Amma qarşıda cavab oyunu var. Növbəti mərhələyə adlamaq üçün cavab matçında da qələbə qazanmaq lazımdır”.