- Baxış sayı: 17
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0

“Neftçi” premyer liqanın ilk turunda səfərdə “Şamaxı” ilə heç-heçə edib – 1:1. Allsport.az xəbər verir ki, “flaqman”ın baş məşqçi Samir Abbasov matçdan sonra fikrini deyib:
“Futbolçularımdan və onların göstərdiyi oyundan tamamilə razıyam. Çünki qələbə qazanmaq üçün sonadək mübarizə apardılar, vuruşdular, çalışdılar. Hər iki hissədə çoxlu sayda qol fürsətimiz oldu. Yeni bir komandayıq.
Futbolçuların bir-birilərini tam anlamaqları üçün matçlar lazımdır. Getdikcə daha da yaxşı oynayacağıq, buna əminəm. Çünki komandanın bu gün göstərdiyi oyun, əzm və qələbə istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm”.