Glass Animals və Martin Garrix Bakıda 

Formula-1 üzrə Azərbaycan qran prisi çərçivəsində məşhur indie-rok qrupu Glass Animals sentyabrın 20-də Bakı kristal zalı səhnəsinə çıxıb.
Allsport.az xəbər verir ki, qrup ilk dəfə Bakıda çıxış edərək tamaşaçılara sevilən mahnılarını təqdim edib.

Solist şəhərdə qarşılaşdıqları insanların qonaqpərvərliyini qeyd edərək Bakıya yenidən qayıtmaq istədiklərini bildirib.

Daha sonra səhnəyə tanınmış DJ və prodüser Martin Garrix çıxdı. Onun ifasında məşhur treklər səslənib, şou isə vizual effektlərlə müşayiət olunub.
Garrix-in çıxışı paytaxt tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Minlərlə insanın iştirak etdiyi konsert Formula-1 mədəniyyət proqramının əsas tədbirlərindən biri olub.

Sentyabrın 19-da start götürən qran pri bu gün yekunlaşacaq.

Həmin kateqoriyadan