- Baxış sayı: 12
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

PSJ-nin üzvü Desire Due Avropada ilin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
Allsport.az xəbər verir ki, 20 yaşlı fransalı yarımmüdafiəçi 2025-ci ilin nəticələrinə görə nüfuzlu “Golden Boy” mükafatının qalibi olub. Due ötən ilin yayında 50 milyon avro qarşılığında “Renn”dən PSJ-yə transfer edilib.
Hücumameyilli yarımmüdafiəçi Paris klubunun tarixində ilk dəfə çempionlar liqasını qazanmasında böyük pay sahibi olub. O, “İnter”lə final matçında (5:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.
“Golden Boy” mükafatı 2003-cü ildə İtaliyanın “Tuttosport” qəzeti tərəfindən təsis edilib və hər il Avropa çempionatlarının top liqalarında çıxış edən 21 yaşadək ən yaxşı gənc futbolçuya təqdim olunur.
Ötən il mükafat “Barselona”nın hücumçusu Lamin Yamala verilmişdi.