“Gömrükçü” AFFA U-17 qızlar liqasının qalibi olub

AFFA-nın təşkil etdiyi AFFA U-17 qızlar liqasının 2022/23-cü illər mövsümünə yekun vurulub.

Allsport.az xəbər verir ki, mövsümün final qarşılaşmasında Bakının “Gömrükçü” və Xaçmazın “İnter” komandaları üz-üzə gəlib.

Rəqibini 5:0 hesabı ilə məğlub edən “Gömrükcü” 2022/23-cü illər AFFA U-17 Qızlar Liqasının qalibi olub. Balakənin “Dinamo” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb. Bu gün Binə stadionunda keçirilmiş final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.

“Gömrükçü” komandasının üzvü Şəkər Piriyeva mövsümün ən yaxşı oyunçusu seçilib. 8 nömrəli İOEUGiM (Bakı) komandasının oyunçusu Xanım Əsədova 45 qolla mövsümün ən məhsuldar oyunçusu olub.

“Dinamo” komandasının üzvü Firuzə Bayramova isə mövsümün ən yaxşı qapıçısı seçilib. Mükafatları qadın futbolu departamentinin rəisi Əminə Həsənova, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və U-15 (Qızlar) milli komandasının baş məşqçisi Xanlar Əliyev təqdim ediblər.

Həmin kateqoriyadan