- Baxış sayı: 57
- 05 Mart 2026 15:55
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

III MDB oyunlarının 11-ci günündə Mingəçevir “Kür” olimpiya idman kompleksində avarçəkmədə final mərhələsi keçirildi. Allsport.az saytı xəbər verir ki, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlülər arasında 1-nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə 4-cü oldu. Dünən təmsilçimiz 200 metrdə gümüş medal qazanmışdı. Yarış bitdikdən sonra o, KİV-ə çıxışını dəyərləndirdi:
“Dünən məndə yaxşı alındı. Görünür, builki təlim-məşqlərdə sprintdə inkişaf daha yaxşı gedib. Allah qoysa, gələn sınaqlarda səhvlərimi aradan qaldıracağam. Qış dövründə 20-25 km məsafələrə yürüşlər olur. Çalışacağam ki, bu məşqlərdə artırım. Medal qazanan həmkarlarımı təbrik edirəm”.
Kamran HACI, Mingəçevir