«Göteborq» UEFA-ya «Qarabağ»dan şikayət etməyə hazırlaşır

Avropa Liqasının pley-off mərhələsində səfərdə keçirilən cavab görüşündə «Qarabağ»a 0:3 (ilk oyun – 1:0) hesabı ilə uduzan «Göteborq» klubu UEFA-ya rəsmi şikayət ərizəsi ilə müraciət etməyə hazirlaşır. Allsport.az saytı xəbər verir ki, isveçlilər Tofiq Behramov adını Respublika stadionunun ot örtüyünün bərbad olmasindan gileylənəcəklər.

Yarımmudafiəçi Mads Albek yerli mətbuata açıqlamasinda, meydanın oyundan öncə çox çuxurlu və sərt olduğunu, görüş zamanı isə, yumşalaraq parça-parça dağıldığını deyib:

«Əlbətdə güclü olan qazandı. Şikayətimiz nəticə ilə elaqədar deyil. Bərbad vəziyyətdə olan meydan texniki mübarizəni məhv etdi. UEFA o qədər qanun-qaydalar çıxarıb ki, hansına necə əməl etdiklərini anlamıram».

Mansur ATƏŞ
İsveç

Həmin kateqoriyadan