“Göy qurdlar” millimizin hücumçusu ilə anlaşıb – ÖZƏL

Azərbaycan millisinin hücumçusu Ayşən Abduləzimova uzun fasilədən sonra çıxışını vətəndə davam etdirəcək. Allsport.az saytının əldə etdiyi məlumata görə, o, yeni yaradılan “Turan” klubuna keçib. Debütant Tovuzu təmsil edir.

Voleybolçumuz son 7 mövsümü yurd dışında keçirib. O, Macarıstanın “Vaşaş” (2018-2020, 2021-2025) və Türkiyənin “Sarıyer” (2020-2021, İstanbul) komandalarında oynayıb. Budapeşt təmsilçisi ilə 5 dəfə ölkə çempionluğunu bayram edib.

Legionçu karyerasına qədər paytaxtın “Azərreyl” və “Lokomotiv” klubları üçün çalışıb.

Həmin kateqoriyadan