“Güclü rəqibə qarşı çox çətin matçda qalib gələ bildik”

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone çempionlar liqasının 5-ci turunda evdə “İnter” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasından razı qaldığını söyləyib:

“Məqsədimiz əks-hücumlardan istifadə etmək idi. İstədiyimiz qədər çox fürsətimiz olmadı, amma yenə də onlardan maksimum yararlana bildik. Müxtəlif üslublarda oynaya bilən güclü rəqibə qarşı çox çətin matçda qalib gələ bildik”.

“Atletiko Madrid” 9 xalla turnir cədvəlində 12-ci yerdədir. “İnter” isə 12 xalla dördüncüdür.

Həmin kateqoriyadan