- Baxış sayı: 25
- 19 Mart 2026 23:59
- Baxış sayı: 25
- Mart 19, 2026
- 0

Milli olimpiya komitəsinin və Azərbaycan güləş federasiyasının ortaq təşkilatçılığı, “Gənclik mall” və “Go sport”un dəstəyilə güləşin tanınmış simaları azarkeşlərlə görüşüb.
Allsport.az xəbər verir ki, “Gənclik mall” ticarət mərkəzində təşkil edilən tədbirdə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, olimpiya və dünya mükafatçısı, 3-qat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı, U-23 dünya çempionu Jalə Əliyeva iştirak ediblər.
Onlar karyeralarında qazandıqları uğurlardan danışıb, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıblar.
Sonra sıra viktorinalara çatıb. Müxtəlif müsabiqələrin qalibləri mükafatlandırıldıqdan sonra imza mərasimi baş tutub. Güləş ulduzları imzalı şəkillərini azarkeşlərə paylayıb və onlarla xatirə şəkli çəkdirib.