- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AAAF park yaşayış kompleksinin yarış zalında beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə ağırlıqqaldıranların respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınların mübarizəsindən sonra yarışın açılışı olub. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. Aaaf.az-ın məlumatına görə, o, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib:
“Bu gün artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də gənclər və idman nazirliyi, milli olimpiya komitəsi və ağır atletika federasiyası ilə birlikdə çox gözəl 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etdilər. İndi də bu yarış növbəti dəfə keçirilir.
Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”.