- Baxış sayı: 28
- 07 Aprel 2025 20:38
- Baxış sayı: 65
- Aprel 04, 2025
- 0
İran Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanı təmsil edən klublar da növbəti oyunlarını keçiriblər.
Odlar yurdunun da sevimlisi olan “Traktorsazi” səfərdə “Zob Axan”la görüşüb. Matç Təbriz komandasının minimal hesablı qələbəsi ilə bitib (2:1). Bu şəhərin digər təmsilçisi “Göstəriş” evdə “Rah Ahan”ı üstələyib – 3:2.
Güney Azərbaycanı Arazın o tayinda təmsil edən Ənzəlinin “Malavan” kollektivi İran çempionatının liderlərindən olan “Persopolis”ə məğlub olub (1:2).
“Traktorsazi” 41 xalla hazırda 4-cü pillədə qərarlaşıb. “Göstəriş” 37 xalla 7-ci, “Malavan” isə 23 xalla 13-cüdür.