- Baxış sayı: 26
- 25 Mart 2026 12:21
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

PSJ-nin hücumçusu Xviça Kvarasxeliya Gürcüstan milli komandasının yeni kapitanı təyin edilib.
Allsport.az xəbər verir ki, ulduz futbolçu bu vəzifədə millidəki karyerasını başa vuran Quram Kaşiyanı əvəz edib.
Komandanın vitse-kapitanı funksiyasını Avstriyanın “Şturm” klubunda çıxış edən Otar Kiteişvili yerinə yetirəcək. İkinci vitse-kapitan isə Polşanın “Krakoviya” klubunun müdafiəçisi Otar Kakabadze olub.
Gürcüstan yığması martda iki yoldaşlıq görüşü keçirəcək. Komanda martın 26-da doğma meydanda İsrail, ayın 29-da isə səfərdə Litva kollektivi ilə qarşılaşacaq.